Bakıda liftdə qalan 2 nəfər xilas edildi


Digərləri 01 Mar 2018 20:15:00 240 0

Bakıda liftdə qalan 2 nəfər xilas edildi

Paytaxtda liftdə köməksiz qalan 2 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Son.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.