Azərbaycanı virtual aləmdə necə tanıtmalı? Gənclər üçün xüsusi təlimlər keçirilir FOTO


Digərləri 01 Mar 2018 18:01:00 262 0

Azərbaycanı virtual aləmdə necə tanıtmalı?  Gənclər üçün xüsusi təlimlər keçirilir  FOTO

Gənclər və İdman Nazirliyinin dəstəyi, "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə "Virtual Məkanda Azərbaycan" layihəsinin növbəti təlimi keçirilib.

"İrəli" İB-dən Son.az-a verilən məlumata görə, "QHT Xəbər" saytının baş redaktoru Sənan Nəcəfov gənclərə sosial şəbəkələrdən səmərəli istifadə, sosial şəbəkələrin (facebook, twitter, Wikipedia) bütün parametrlərini gənclərə aşılamaq mövzusunda təlim keçib. O, qeyd edib ki, informasiya savaşında atəşkəs olmur.

Birliyin mətbuat xidmətindən bildirilib ki, informasiya müharibəsi dövründə sosial şəbəkənin parametrlərini bilmək Azərbaycan həqiqətlərini faktlara əsaslanaraq beynəlxalq auditoriyaya daha yaxşı çatdırmağın təməl prinsiplərindən biridir.


Xəbərə aid fotolar