Bağlanan bankların avtomobillərinə maraq artıb - 8 maşın satıldı


Digərləri 01 Mar 2018 16:46:00 182 0

Bağlanan bankların avtomobillərinə maraq artıb - 8 maşın satıldı

Azərbaycanda ləğv prosesində olan bir sıra bankların balansındakı əmlakların satışına maraq artır.

Bakı. Azərbaycanda ləğv prosesində olan bir sıra bankların balansındakı əmlakların satışına maraq artır. Bu barədə Trend-ə Əmanətlərin Sığortalanması Fondundan (ADIF) məlumat verilib. Fond Azərbaycan Xammal və Əmtəə Birjası vasitəsilə 19 və 26 fevral 2018-ci il tarixlərində ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirib. Keçirilən açıq hərracın nəticələrinə əsasən, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı 2 ədəd “Toyota Camry”, 1 ədəd “Lexus LX-570”, 1 ədəd “Mitsubishi Outlander”, 1 ədəd “Toyota Corolla”, 1 ədəd “Mitsubishi Lancer”, 2 ədəd “Ford Transit Connect” markalı avtomobillər və 4 ədəd bankomat hərracda satılıb.