Azərbaycanda 15 əcnəbi saxlanıldı


Digərləri 01 Mar 2018 16:38:00 208 0

Azərbaycanda 15 əcnəbi saxlanıldı

Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini davam etdirir.

DMX-dən Son.az-a verilən məlumata görə, qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 7 nəfər Pakistan, 6 nəfər Hindistan, 2 nəfər Şri Linka vətəndaşı olmaqla, ümumilikdə 15 əcnəbi saxlanılıb.

Araşdırma zamanı saxlanılan əcnəbilərdən 2 nəfər Hindistan və 2 nəfər Şri Linka vətəndaşının Azərbaycana guya biznes fəaliyyəti ilə məşğul olmaq adı altında gəldikləri, lakin onların biznes sahəsində heç bir fəaliyyətlərinin olmadığı, müraciətlərinin yalnız ölkədə yaşamaq və sərbəst hərəkət etmək məqsədi daşıdığı məlum olub.