Azərbaycanda yeni assosiasiya yaradıldı


Digərləri 01 Mar 2018 16:10:00 246 0

Azərbaycanda yeni assosiasiya yaradıldı

Süd və süd məhsulları istehsalçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis edilib.

Son.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, assosiasiya süd və süd məhsullarının istehsalı sahəsində sahibkarlığın inkişafına, bu sahədə yeni texnologiyaların tətbiqinə, istehsalın və ixracın artmasına dəstək göstərəcək.

Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsis yığıncağında Samir Eyyubov qurumun İdarə Heyətinin sədri seçilib.