"Məni şantaj edirlər" Komitə sədrindən nəvəsi barədə qalmaqala


Digərləri 01 Mar 2018 15:40:00 243 0

"Məni şantaj edirlər"  Komitə sədrindən nəvəsi barədə qalmaqala

"Bu yazılara qəti etirazımı bildirirəm. Çünki həqiqətə uyğun deyil".   Son.az modern.az-a istinadən xəbər verir ki, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov mətbuatda nəvəsinin yaşıllıq ərazisini məhv etməsi ilə bağlı xəbərlərə reaksiya verərkən deyib.

Onun sözlərinə görə, mətbuatda qeyd edilən ünvana yaxın ərazidə 2 il bundan əvvəl 11.10.2016-cı il tarixdə  torpaq sahəsi ayrılıb.

"Ayrılan yer asfalt örtükdür və həmin yerdə bir dənə də ağac yoxdur və orada heç bir tikinti işi aparılmayıb. Eyni zamanda, saytlarda yerləşdirilən videoda  göstərdikləri yerin həmin ayrılan torpağa aidiyyəti yoxdur.

Bu da növbəti təxribatdır. Bu barədə mətbuata danışan şəxslər isə həmin asfalt örtüyündən taksi dayanacağı kimi istifadə edən şəxslərdir. Heç bir Sumqayıt sakini mənim ünvanıma olmayan işə görə söz deməz.

Mən buna tam əminəm. Çünki 30 il o şəhərin tikintisi və yaşıllıqların salınması ilə məşğul olmuşam. O şəhər mənim üçün çox doğmadır və mən 50 ildir orada yaşayıram.

9 aydır müxtəlif qəzetlər, saytlar sifarişlə məni şantaj edirlər. O insanlar mənə bəllidir: Sifariş verənlər də, idarə edənlər də"-deyə Ə. Həsənov bildirib.  

Ə.Həsənov qeyd edib ki, 50 ildir dövlətə xidmət edir.