"İstəmirəm biabırçılıqla üzləşim" Oğlunu evləndirmək istəyən Nadir Qafarzadə VİDEO FOTO


Şou-biznes 01 Mar 2018 14:12:00 252 0

"İstəmirəm biabırçılıqla üzləşim"  Oğlunu evləndirmək istəyən Nadir Qafarzadə  VİDEO  FOTO

"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Nadir Qafarzadə maraqlı açıqlamalar verib.

Son.az bildirir ki, sənətçi, ilk olaraq övladını evləndirib nəvə sahibi olmaq istəyindən danışıb:

"Oğlumu evləndirməyə, toyunu görməyə o qədər həvəsliyəm. Nə qədər ki, cavanam, içimdə enerji var, istəyirəm ki, oğlum üçün toy edim. Gənc baba olmaq üçün çox həvəsliyəm. İstəyirəm ki, küçədə nəvəmlə gəzəndə, məndən soruşsunlar ki, oğlundur? Deyim ki, yox, nəvəmdir. Belə şeyləri xoşlayıram".

Nadirin həvəslə, ürəkdolusu danışmağından fərqli olaraq, oğlu, deyəsən, bu məsələlərə elə də isti münasibət göstərmir:

"Oğlum evlənməyə həvəsli deyil. Deyir ki, vaxtım yoxdur. Hələ mən iş tapmalıyam. Özüm pul qazanmalıyam ki, atamdan asılı olmayım. Deyir, 24, 25, 26 yaşlarımda ailə quracam. Bəlkə də, tez sevəcək. Bilmək olmaz da. İstəyirəm ki, evimizə, ocağımıza yaxşı bir ailənin qızı gəlsin. Yazığam, çox əziyyət çəkmişəm. İstəmirəm ki, bundan sonra hansısa biabırçılıqla üzləşim".

Son zamanlar qalmaqal, söz-söhbət alovunda adı tez-tez bişən müğənni, artıq ucuz çəkişmələrdən yorulduğunu və çıxıb getmək istədiyini bildirib:

"Çalışırlar ki, mənim yanımda adlarını hallandırsınlar. Mən isə onların çoxuna cavab vermirəm. İttihamlar da oldu. Hətta mənim ailəmin adını çəkən insanlar oldu. Mən bu məsələdən o qədər utandım ki. Axı ailəmin adını niyə çəkirsən? Mən kimə konsert vermişəmsə, əcəb eləmişəm. Çox cılız, ucuz söhbətlər edirlər. Ətim töküldü, arıqladım. Hərdən belə söhbətlər olanda, arıqlayıram, yaxşıdır. Artıq iyrənirəm. Hərdən baş götürüb getmək istəyirəm. Böyük məmnuniyyətlə gedərəm. Xanımım hə desə, arxama dönmədən gedərəm. Ölkədən imtina etməyi nəzərdə tutmuram ha. Artıq çox insanlardan iyrənirəm".

Nadir Qafarzadə bacısının yol kənarında çörək satması məsələsinə də fikir bildirdi:


Xəbərə aid foto