7 il Dubayda əsir qalan azərbaycanlı qadının


Digərləri 01 Mar 2018 14:08:00 211 0

7 il Dubayda əsir qalan azərbaycanlı qadının

Son.az lent.az-a istinadən Günel Natiqin yazısını təqdim edir:

Sosial şəbəkədəki rəsmi səhifəmə bu dəfə fərqli bir mesaj gəldi:

"Siz həyat qadınlarından yazırsınız? Mən öz həyatımı nəql etmək istəyirəm. Bəlkə ürəyimdəki yükdən azad oldum. Həm də gənc qızlara ibrət dərsi olsun."

Daha əvvəl ünvanıma oxşar məktublar gəlmişdi, amma ciddi qəbul etməmişdim. Bu mesaj ciddiyyəti ilə seçilirdi. Hiss və həyəcan sanki sətirlərə hopmuşdu.

Qərara gəldim ki, Lalənin (ad şərtidir) həyatını qələmə alım. Bəlkə doğrudan da bu hekayət kimisə yanlış addım atmaqdan çəkindirdi?

Hərçənd belə bir fikir var ki, başqalarının yıxılmağı bizə yeriş öyrədə bilməz. Biz özümüz yıxıla-yıxıla yeriməyi öyrənirik. Yəni başqalarının deyil, öz səhvlərimiz bizə həyatı öyrədir.

Amma insanlığın yaşam təcrübəsini heçə saymaq olmaz. Elə insanlıq da öz təcrübələrini nəsil-nəsil ötürdüyü üçün mövcuddur. Biz də ona görə varıq ki, pis-yaxşı nələrisə mənimsəmişik. Gələcək də ona görə var olacaq ki, biz bu gün varıq və həyatımızı ələkdən keçirə-keçirə onlar üçün ən yaxşı, ən faydalı olanları saxlayırıq.

***

Lalə şəhərə oxumaq adıyla gəlib. Rayonda istəklisi olub, amma Lalə sevgilisini əmin edib ki, yalnız onu sevir və institutu bitirən kimi evlənəcəklər...

Tələbələrin təşkil etdiyi ziyafətlərin birində İmran adlı oğlanla tanış olur. Elə ilk baxışda İmran Laləni başdan-ayağa süzüb: "Qəşəng qızsan, ancaq baxımsızsan, -deyir, - üzərində işləsələr o biri qızlar əlinə su da tökə bilməz."

Laləyə bu söz əcaib gəlir. Necə yəni üzərində işləmək lazımdır? İmran ona uca-uca dağlar vəd edir... Lalə düşünür ki, bəlkə doğrudan da onun gələcəyi əlçatmaz bir yerdədir?

İmran onu tanış modelyerlərin yanına aparır, son dəbli paltarlar sifariş edir. Lalə dəyişir, tamamilə başqa bir qadına çevrilir.

Axşamları rəngli keçirdi. İçki məclisləri gecəyə qədər uzanırdı. Əvvəllər içə bilmirdi, ürəyi bulanırdı, sonra alışdı. Həyat necə də sadə imiş. O, isə həyatı mürəkkəbləşdirməyə, ciddi planlar qurmağa hazırlaşırdı! İndi Lalə belə düşünürdü.

Sonra bu hamiləlik... Sözsüz ki, İmran uşağına sahib çıxmalıydı, axı bu onun canından bir parça idi. İmran uşağı abort etməyi təklif edir, Lalə razılaşmayanda zarafat etdiyini deyib bildirir ki, onlar evlənəcəklər və bu uşaq hökmən dünyaya gələcək.

Bir axşam Lalə evə qayıdanda qarşısını bir adam kəsib üstündəkiləri çıxarmağı əmr edir. Lalə tərəddüd edir. Adam qızın çantasını əlindən alır, özünü də itələyir. Sonra hardansa daha bir neçə adam peyda olub onu vəhşicəsinə döyürlər. "Qarnımı bərk-bərk qucaqlayıb qışqırırdım, amma harayıma gələn yox idi. Handan-hana onlar məndən əl çəkib getdilər. Huşumu itirdim. Sonra məni bir bomj tapıb. Yazığı gəlib. Yaxınlıqdakı binanın gözətçilərinə yalvarıb ki, kömək etsinlər. Onlar da təcili yardıma zəng vurublar. Beləcə xilas olmuşam. Yəni mən... Uşaq isə tələf olmuşdu".

Lalənin istəklisi rayondan gəlib çıxanda o, xəstəxanada yatırdı. Hər şeydən xəbərsiz idi. Bəlkə də qızı tək buraxdığı üçün özünü söyürdü. Çətinliklə də olsa, xəstəxananın yerini öyrənə bilir. Tibb bacılarından eşitdikləri onu dəhşətə gətirir: "Hansı Lalə? Uşağını salan qadını deyirsiz?" "Yox, uşaq salan yox, mənim Laləm" - deyə oğlan qışqırır. Və ordan uzaqlaşır.

"Onu bir də görmədim. İndi xatirələrdən başqa bir kəsim çox idi. Onlar da bir müddətlik qonaq idilər; məndən üz döndərib yaddaşımdan uzaq düşürdülər".

Lalə xəstəxanadan çıxan gün İmran bir buket güllə gəlir. Başının çox qarışıq olduğunu, amma bütün qəlbiylə onun yanında olduğunu deyir. Lalə yenə əvvəlki "rəngli" həyatına qayıdır.

***