Seks köləsi kimi istifadə edilən qadınların cəsədlərinin basdırılma anı


Digərləri 01 Mar 2018 12:12:00 282 0

Seks köləsi kimi istifadə edilən qadınların cəsədlərinin basdırılma anı

İkinci Dünya müharibəsinə aid Yaponiya ilə bağlı qorxu dolu video və şəkillər yayılıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, görüntülərdə Yaponiya ordusunun seks köləsinə çevrilən qadınların zorlandıqdan sonra öldürülüb, basdırılması əks olunub.

Qadınlar 1944-cü ildə Yaponiya ordusu tərəfindən Çinin şəhərində qəddarlıqla öldürülüb. Həmçinin bildirilir ki, həmin dövrdə 200 000-dən çox qadın əsgər fahişəxanalarında işləməyə məcbur edilib.

Seks köləsi kimi saxlanılan qadınların çoxu koreyalı olsa da, onların arasında çinlilər və cənub-şərqi Asiya ölkələrinin vətəndaşları da olub.

Görüntüləri cənubi koreyalı tədqiqatçılar Amerikanın milli arxiv idarəsindən tapıb, müharibə dövründə qadınlardan seks köləsi kimi istifadə edilməsi barədə keçirilən konfransda ictimaiyyətə təqdim ediblər.


Xəbərə aid fotolar