Tupak Şakurun güllələndiyi maşın satılır VİDEO FOTO


Digərləri 01 Mar 2018 11:23:00 262 0

Tupak Şakurun güllələndiyi maşın satılır  VİDEO  FOTO

Dünya repinin və hip-hop musiqisinin mərhum əfsanəsi, amerikalı Tupak Amaru Şakura sui-qəsd edildiyi avtomobil satışa çıxarılıb.

Son.az CBS-ə istnadən bildirir ki, 1971-ci ilin iyunun 16-da ABŞ-ın Nyu-York şəhərinin Harlem səmtində doğulmuş Tupak Şakur 1996-cı ilin sentyabrın 13-də Nevada ştatındakı Las-Veqas şəhərində vəfat edib.

O, 1996-cı ilin sentyabrın 7-də Las-Veqasda maşınının sükanı arxasında olarkən işıqforda yanaşı duran ağ rəngli Cadillac-dan açılan atəşlərlə gülləbaran edilmişdi.

Əfsanəvi reper 6 gün sonra "University Medical Center"in reanimasiya bölməsində keçinmişdi.

Reperin 1996-cı il istehsalı olan BMW 7-Series markalı avtomobili Las-Veqasda 1,5 milyon dollara satışa çıxarılıb.


Xəbərə aid fotolar