Beyin əməliyyatı keçirən britaniyalı bütün sarışınları öldürmək istəyir


Digərləri 28 Fev 2018 23:49:00 331 0

Beyin əməliyyatı keçirən britaniyalı bütün sarışınları öldürmək istəyir

Böyük Britaniyada beyin əməliyyatı keçirən 47 yaşlı Maykl Uilyams əməliyyatdan sonra bütün sarışınları qətlə yetirmək istəyib. 4 il müddətinə azadlıqdan məhrum edilən ingilisin qəribə hekayəsi var. Onu 2017-ci ilin sentyabrında əlində beysbol taxtası və bıçaqla yaxalayıblar. Bundan öncə də kişinin həyatında bir çox qanun pozuntuları olub.

Son.az musavat.com-a istinadən bildirir ki, polisə açıqlamasında kişi bildirib ki, onu maraqlandıran qadının maşınını vurmağa hazırlaşırdı. Bundan başqa, o, etiraf edib ki, bütün sarışın qadınları qətlə yetirmək istəyir. Onun bu etiraflarından xəbər tutan polis onu yenidən həbs edib. İstintaq zamanı eyni zamanda bəyan edib ki, onu yaxalayan polisi və uşaqlarını da öldürmək istəyir. Eyni təhdidləri o, türmə işçilərinə və onu müayinə edən psixiatra da ünvanlayıb.