Balıq uşaq orqanizminə necə təsir edir?


Digərləri 28 Fev 2018 22:32:00 293 0

Balıq uşaq orqanizminə necə təsir edir?

Uşaq yaşlarında ayda heç olmazsa bir dəfə balıq yemək gələcəkdə təhlükəli xəstəliklərin çoxunun inkişaf riskini azaldır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İsveçin Höteborq Universitetinin alimlərinin apardıqları tədqiqatın nəticələri bu faktı təsdiq edib.

İsveçli diyetoloqlar uşaq yaşlarında yeyilən balıq və balıq məhsullarının potensial faydasını üzə çıxarıblar. Məlum olub ki, böyüməkdə olan orqanizmin rasionuna daxil olan balıq ot qızdırmasının (pollinoz) inkişaf riskini xeyli azaldır.