İlk "5G" zəngi baş tutdu


Digərləri 28 Fev 2018 21:15:00 241 0

İlk "5G" zəngi baş tutdu

Çinin "Huawei" telekommunikasiya avadanlığı istehsalçısı və "Vodafone" mobil operatoru avtonom olmayan "Non Stand-Alone [NSA] 3GPP 5G NR" ("yeni radio") arxitekturası standartı əsasında beşinci nəsil mobil rabitə şəbəkələrində (5G) tarixdə ilk zəngi həyata keçiriblər.

Son.az ICTnews-a istinadən xəbər verir ki, "5G NR" sınaq şəbəkəsi 3,7 QHs spektrindən istifadə etməklə testlərin keçirilməsi üçün qurulub, sınaqlarda isə "5G" eksperimental qurğusu tətbiq edilib.

Məlumata görə, qoşulma "4G" şəbəkəsindən istifadə olunmaqla quraşdırılan "VOIP" protokol tipi üzrə baş tutub, məlumatların ötürülməsi isə sonradan "5G" texnologiyası ilə həyata keçirilib. Mühəndislər, həmçinin yüksək dəqiqlikli (HD) videozəngin uğurlu sınaqlarını keçiriblər.

"İlk "5G" zəngi avtonom olmayan "NR" arxitekturası standartı dərc edildikdən iki ay sonra həyata keçirilib və bu, nəzərdə tutulandan daha tezdir. Nəticələr bütün dünyaya sahənin "5G" servislərinin kommersiya istifadəsinə hazır olmasını nümayiş etdirir", - deyə "Huawei" və "Vodafone" şirkətlərinin birgə bəyanatında deyilir.