Şabranda xalça istehsalı emalatxanasının tikintisinə 2 milyon manat ayrılıb


Digərləri 28 Fev 2018 18:00:57 206 0

Şabranda xalça istehsalı emalatxanasının tikintisinə 2 milyon manat ayrılıb

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev fevralın 28-də "Şabran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Şabran rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2 milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.