"Azərbaycanda uşaqlara seriallardakı adların qoyulması halları artıb"


Digərləri 28 Fev 2018 16:11:29 283 0

"Azərbaycanda uşaqlara seriallardakı adların qoyulması halları artıb"

Azərbaycanda son dövrlərdə yeni doğulan körpələrə xarici serial qəhrəmanlarının adlarının qoyulması halları artıb.

Son.az xəbər verir ki, bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, son dövrlərdə uşaqlara Türkiyə türkcəsindən alınmış adlar çox verilir. Lakin bu adlar verilərkən Azərbaycan ədəbi dilinin normalarına riayət edilir:

"Türkiyə türkcəsində "e" ilə yazılan adlar bizdə "ə" ilə yazılır. Məsələn, Əsma adı son dövrlərdə qız uşaqlarına çox qoyulur. Oğlan uşaqlarına da Sinan, Kamran, Səmral və s. adlar çox qoyulur".