Qonşunun arvadına aşiq olanı daşqalaq etdilər FOTO


Digərləri 28 Fev 2018 14:18:00 342 0

Qonşunun arvadına aşiq olanı daşqalaq etdilər  FOTO

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının Əfqanıstandakı bölməsi növbəti edam görüntülərini yayıb.

Son.az AsiaOne-a istinadən bildirir ki, İŞİD-in "Xorasan vilayəti" adlandırdığı "əraziyə daxil bölgə" elan etdiyi Əfqanıstanda bir qrup terrorçu "qonşunun arvadına aşiq olan və zinakarlıq edən"i daşqalaq edərək qətlə yetiriblər.

Əlləri və gözü bağlanmış 35 yaşlı kişi diz çökdürülüb. Ona "Şəriət məhkəməsi"nin hökmü oxunub. Qonşunun 26 yaşlı arvadını yoldan çıxarmaqda və onunla zina etməkdə suçlanan şəxsin "günah"ı oxunandan sonra ətrafa yığışmış İŞİD-çilər həmin adamı daşlamağa başlayıblar.


Xəbərə aid fotolar