3,4 milyon dollar mənimsəyən şəxsə


Digərləri 28 Fev 2018 13:10:00 247 0

3,4 milyon dollar mənimsəyən şəxsə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 3,4 milyon ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayevin atası Çingiz Abdullayevin məhkəməsi başa çatıb. 

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə Ç. Abdullayev günahsız olduğunu, oğlu Loğman Abdullayevin onu aldatdığını deyib: "O mənə demədi ki, bu pul cinayət yolu ilə əldə edilib. Loğman mənə bu puldan 310 min manat mənə verilib və hamısı qaytarmışam. Oğlumun hərəkətlərindən xəbərim olmayıb. Buna görə haqqımda bəraət hökmünün çıxarılmasını istəyirəm". 

Sonra prosesdə hökm oxunub.

Hökmə əsasən, Ç. Abdullayev  12 il müddətinə azadlıqdan məhrum edilib.