Tikinti şirkətləri ilə bağlı 18 material Baş Prokurorluğa göndərilib


Digərləri 28 Fev 2018 11:12:00 279 0

Tikinti şirkətləri ilə bağlı 18 material Baş Prokurorluğa göndərilib

Bakıda tikilməkdə olan çoxmənzilli yaşayış binalarında müqaviləsiz işçi çalışdıran şirkətlər, hüquqi və fiziki şəxslərlə bağlı 17 material Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, 18 material isə Baş Prokurorluğa göndərilib.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu "Tikinti sahəsində əmək münasibətləri" mövzusunda keçirilən təqdimatda "ASAN xidmət"in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi şöbəsinin müdiri Fariz Cəfərov bildirib. Onun sözlərinə görə, Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması məqsədi ilə 2017-ci ilin sentyabrından bu günə kimi tikilməkdə olan çoxmənzilli yaşayış binalarında 43 səyyar monitorinq keçirib.