Tramp BƏƏ və Səudiyyə şahzadələri ilə danışıqlar aparıb


Dünya 28 Fev 2018 08:51:00 259 0

Tramp BƏƏ və Səudiyyə şahzadələri ilə danışıqlar aparıb

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) və Səudiyyə Ərəbistanının varis şahzadələri Məhəmməd əl-Nəhyan və Məhəmməd ibn Salman əl-Saud ilə telefon danışıqları aparıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu haqda Ağ Evin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, danışıqlar zamanı İranın "sabitliyin pozulmasına yönəlmiş fəaliyyəti ilə" mübarizə müzakirə olunub.