Gəncədə sərxoş sürücü qəza törədib qaçdı


Digərləri 27 Fev 2018 23:00:00 236 0

Gəncədə sərxoş sürücü qəza törədib qaçdı

Hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb

Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, şəhərin 28 May küçəsində yol kənarında dayanmış Rasim Mustafayevə məxsus "Mercedes Vito" markalı avtomobil hələ ki, sürücüsü məlum olmayan "KİA" tərəfindən vurulub.

Hadisəni törədən sürücü avtomobil ilə birgə ərazidən uzaqlaşıb. Qəza zamanı "Mercedes"ə ciddi ziyan dəyib. Şahidlərin dediyinə görə, sürücü sərxoş vəziyyətdə olub.