Kvant kompüterləri dövrünə doğru daha bir addım


Digərləri 27 Fev 2018 23:05:00 266 0

Kvant kompüterləri dövrünə doğru daha bir addım

Kvant hesablamalrı texnologiyası silisium əsasında hazırlanmış proqramlaşdırılan kvant prosessoru sayəsində daha bir addım irəliləyib.

Elmi qrup mikrodalğalı enerji vasitəsilə silisium nümunəsinin daxilində hərəkət edən iki elektronu sinxronlaşdırdıqdan sonra, onlardan yoxlama hesablamalarının aparılması üçün istifadə edib.

Alimlər ümid edir ki, silisiumdan istifadə kvant kompüterlərinə nəzarəti və onların istehsalını asanlaşdıracaq.

Tədqiqatın nəticələri Nature jurnalında dərc olunub.

Kvant nəzəriyyəsi əsaslarının təfsirində "Schrödinger pişiyi" adlı məsəldən tez-tez istifadə olunur.

Həmin məsələnin məğzi çox qısa şəkildə belə təsvir oluna bilər: Qapalı otaqda 50/50-yə ehtimalı ilə çəkic zərbəsinə məruz qalacaq və öldürücü zəhərli maddə ilə dolu olan bir şüşə qabı var, həmin qabın yanında isə bir pişik oturub.

Alman fiziki Erwin Schrödinger-in bu məsələylə bağlı qoyduğu sual belədir: görəsən, otaqdakı pişik ölüdür ya diri?

Klassik fizika üçün burada bir problem olmadığı halda, yəni, qapını açıb pişiyə baxmaqla məsələ həll olunursa, kvant fizikasında pişik eyni zamanda həm ölü, həm də diri sayılır.

Bu məsəl kvant fizikası üçün xarakterik və olduqca vacib olan superpozisiya konsepsiyasının - yəni, hansısa bir obyektin eyni zamanda iki vəziyyətdə mövcudluğu mümkünlüyünün izahı üçün istifadə olunur.