Şimali Koreyanın azarkeş qızları seks köləsiymişlər


Digərləri 27 Fev 2018 22:25:00 282 0

Şimali Koreyanın azarkeş qızları seks köləsiymişlər

"The Independent" bu ölkədən qaçaq düşmüş bir nəfərə istinadən yazır ki, Şimali Koreyanın Pxençanq Qış Olimpiadasına göndərdiyi "gözəl azarkeş qızlar" əslində ölkənin vəzifəli rəsmilərinin istifadə etdikləri seks köləsiymişlər.

2008-ci ildə Cənubi Koreyaya qaçmış 42 yaşlı hərbi musiqiçi Lee So-yeon deyib ki, bu rəqqasə və müğənni qızlar Kommunist Partisyasının Mərkəzi Siyasi Bürosunda hər axşam keçirilən ziyafətlərdə və eyş-işrət məclislərində lüt soyunur və seks xidmətləri göstərirlər.

Şimali Koreyanın ali hakimiyyət orqanı olan siyasi büroya lider Kim Jong-un və prezident Kim Yong-nam da daxildirlər.

Xanım Lee "Bloomberg" saytına deyib: "Şimali Koreyanın estrada truppası Olimpiadaya gəlib, burada maraqlı rəqslər və mahnılar ifa edirlər. Lakin onlar təkcə Kim Jong-un-un təbliğat maşını deyillər. Onlar həm də partiya ziyafətlərinə gedir və orada seksual xidmət göstərirlər".

Lee deyir ki, belə ziyafətlər Mərkəzi Siyasi Büroda hər gün keçirilir.

"Onlar lap istəməsələr də, bədənləri ilə xidmət etməlidirlər, - deyir musiqiçi, - Qızlar partiya ziyafətlərində soyunmalıdırlar..."

"The Independent" yazır ki, Şimali Koreya rəhbərliyində belə ziyafətlərin artıq illərdir təşkil olunduğu düşünülür.