İŞİDlə əlaqələrə görə 15 türkiyəli qadın ölümə məhkum edilib


Dünya 27 Fev 2018 21:25:00 265 0

İŞİDlə əlaqələrə görə 15 türkiyəli qadın ölümə məhkum edilib

İraq məhkəməsi özünü İslam Dövləti (İD) adlandıran hərbi qruplaşmaya qoşulmaqda günahlandırılan ən azı 15 türk qadınla bağlı ölüm hökmü çıxarıb.

Bəzi məlumatlarda deyilir ki, edam hökmünə məhkum edilən 16 nəfərdi, ancaq bəzi mənbələr bir qadının ömürlük həbs olunduğuinu deyir.

Məhkəmənin qənaətinə görə, qadınlar İD yaraqlıları ilə evləndiklərini, yaxud qrupa logistika dəstəyi verdiklərini, həmçinin hücumları həyata keçirməkdə onlara köməklik göstərdiklərini etiraf ediblər.

Minlərlə xarici vətəndaş İraqda və Suriyada İD sıralarında döyüşüb və ölüb.

Məlumata görə, 20 və 50 yaş arasında olan çadralı qadınlar bazar günü İraqın mərkəzi cinayət məhkəməsinə gətirliblər. Onlardan dördünün yanında azyaşlı uşaqları olub.

Onlardan biri məhkəməyə deyib ki, o, yaraqlılar tərəfdən İraq hərbiçilərinə qarşı vuruşub.