Bir gecəyə 9 avtomobildən oğurluq etdilər VİDEO


Digərləri 27 Fev 2018 21:06:00 215 0

Bir gecəyə 9 avtomobildən oğurluq etdilər  VİDEO

Bir gecədə 9 avtomobili qarət edən şəxslər tutulub. Hadisə bir müddət əvvəl paytaxtın Suraxanı rayonunda baş verib. Polis bu işdə şübhəli kimi iki nəfəri saxlayıb. Onlar oğurladıqları əşyaları müxtəlif yerlərdə sataraq pulu öz aralarında bölüblər. Masallı polisi isə mağazalardan oğurluq etməkdə şübhəli bilinən şəxsləri tutub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, avtomobillərin yan şüşələrini qıraraq silsilə oğurluqlar edən şəxslər saxlanılıb.

Hadisə təxminən 15 gün əvvəl Paytaxtin Suraxanı rayonu Qaraçuxur qəsəbəsində baş verib. Qəsəbə sakinləri polisə müraciət edərək nəqliyyat vasitələrindən akkumlyatorlar və pul oğurlandığını bildiriblər.

Suraxanı Rayon 32-ci Polis Bölməsi əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri əvvəllər məhkum olunmuş - Rəşad Bayramlı və Rahim Hatəmzadə şübhəli şəxs qismində saxlanılıblar. Hər iki şəxs Qaraçuxur qəsəbəsində bir gecədə 9 nəqliyyat vasitəsindən oğurluq etdiklərini etiraf ediblər. Qeyd edək ki, onlardan biri avtomobili qarət edən zaman ərazidəki təhlükəsizlik kamerasına da düşmüşdür.