Mişel Obamanın memuarları satışa çıxarılacaq


Digərləri 27 Fev 2018 20:20:00 251 0

Mişel Obamanın memuarları satışa çıxarılacaq

ABŞ-ın sabiq birinci xanımı Mişel Obamanın rəsmi nümayəndələrinin yaydığı məlumata görə, ABŞ-ın 44-cü prezidentinin həyat yoldaşının xatirələri noyabrın 13-də işıq üzü görəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Becoming" ("Təşəkkül") adlı memuar eyni vaxtda Böyük Britaniyada, Avstraliyada, Yeni Zelandiyada, Hindistanda və Cənubi Afrikada çap və rəqəmsal formatda satışa çıxarılacaq. Memuarın 24 dildə nəşr ediləcəyi gözlənilir.

"The Guardian" həftəlik qəzeti "Penguin Random House" nəşriyyat evinin "Təşəkkül" memarını yayım hüquqlarına görə ABŞ-ın sabiq prezidenti Barak Obamanın xanımına 65 milyon dollar ödədiyini yazıb. Kitabın müəllifi deyib: "Təşəkkül" üzərində çalışmağım mənim üçün dərin şəxsi təcrübə idi".