Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi təşkil olunub FOTO


Digərləri 27 Fev 2018 20:02:00 382 0

Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi təşkil olunub  FOTO

Fevralın 24-də IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının birgə həyata keçirdiyi "Uşaqlar üçün ekoloji laboratoriya" layihəsi çərçivəsində IDEA Resurs Mərkəzində növbəti laboratoriya təlimi keçirilib.

Son.az bildirir ki, IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, təlimin mövzusu BMT-nin 6-cı (təmiz su və sanitariya) və 14-cü (dəniz ekosisteminin mühafizəsi) Dayanıqlı İnkişaf Məqsədlərinə həsr edilib.

Təlim zamanı uşaqlara suyun xüsusiyyətləri, onun Yer kürəsi, insan orqanizmi və ümumiyyətlə canlı aləm üçün vacibliyindən bəhs edilib. "Kiçik ekoloqlar", həmçinin suya qənaət, su hövzələrinin təmiz saxlanması, dəniz ekosisteminin qorunması yolları ilə də tanış olublar.

Bununla yanaşı, gənc təbiətsevərlər su ilə bağlı əyləncəli bilik yarışmalarında, suyun tərkibini izah edən bir sıra sınaqların keçirilməsində iştirak edib, eksperimentlər vasitəsilə suyun necə təmizləndiyini izləyiblər. "Eko laboratoriya"nın iştirakçılarına BMT-nin Dayanıqlı inkişaf Məqsədlərini daha sadə və əyləncəli yolla izah etmək, daha rahat qavramalarına kömək etmək üçün xüsusi rəngləmə vərəqləri paylanıb.