Ölkədə 24 nəfər qanunsuz miqrant sax­­­la­nıl­ıb


Digərləri 27 Fev 2018 17:31:00 238 0

Ölkədə 24 nəfər qanunsuz miqrant sax­­­la­nıl­ıb

qanunsuz miqrasiyaya qarşı keçirilən tədbir­lər za­ma­nı 16 nə­fər Hindistan, 5 nəfər Pakistan, 2 nəfər Nepal və 1 nəfər Türkiyə və­­tən­da­şı olmaqla, ümumilikdə 24 nəfər əcnəbi sax­­­la­nıl­ıb.

Bakı. Samir Əli - Dövlət Miqrasiya Xidməti (DMX) tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mü­ba­ri­zə tədbirlərİ da­vam etdirilir. DMX-dan Trend-ə verilən məlumata görə, qanunsuz miqrasiyaya qarşı keçirilən tədbir­lər za­ma­nı 16 nə­fər Hindistan, 5 nəfər Pakistan, 2 nəfər Nepal və 1 nəfər Türkiyə və­­tən­da­şı olmaqla, ümumilikdə 24 nəfər əcnəbi sax­­­la­nıl­ıb. Araşdırma zamanı saxlanılan əcnəbilərdən 3 nəfər Pakistan, 1 nəfər Hindistan və 1 nəfər Türkiyə vətəndaşının Azərbaycan Respublikasına guya biznes fəaliyyəti ilə məşğul olacaqları adı altında gəldikləri, lakin onların biznes sahəsində heç bir fəaliyyətlərinin olmadığı, müraciətlərinin yalnız ölkədə yaşamaq və sərbəst hərəkət etmək məqsədi daşıdığı məlum olub.