Qubada itkin düşən alpinistlərin axtarışlarına yeni qrup qoşulur


Digərləri 27 Fev 2018 17:21:30 271 0

Qubada itkin düşən alpinistlərin axtarışlarına yeni qrup qoşulur

Qubada dağlıq ərazidə itkin düşmüş 3 nəfərin axtarışlarına yeni alpinist qrupu qoşulacaq.

Bakı. Samir Əli - Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışlarına yeni alpinist qrupu qoşulacaq. Bu barədə Trend-ə açıqlamasında "Gilavar" hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımlı deyib. Onun sözlərinə görə, yeni qrup yaxın günlərdə axtarışlara qoşulacaq: "Axtarışlar davam edir. Hava şəraiti nisbətən normallaşdıb. Amma, hələ ki heç bir nəticə yoxdur".