Prezident seçkilərində müşahidə aparmaq istəyənlərin sayı 168-ə çatıb


Digərləri 27 Fev 2018 16:46:00 179 0

Prezident seçkilərində müşahidə aparmaq istəyənlərin sayı 168-ə çatıb

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində müşahidə aparmaq istəyənlərin sayı 168-ə çatıb.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində müşahidə aparmaq istəyənlərin sayı 168-ə çatıb. Bu barədə Trend-ə Mərkəzi Seçki Komissiyasından bildirilib. Müşahidəçilərin 36-sı öz təşəbbüsü ilə müraciət edib, 132-i isə qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülüb. Bütün müraciətlərə müsbət cavab verilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin