Paytaxtda daha 55 ünvanda taksi dayanacağı yaradılıb (FOTO)


Digərləri 27 Fev 2018 15:23:00 184 0

Paytaxtda daha 55 ünvanda taksi dayanacağı yaradılıb (FOTO)

Yeni taksi dayanacaq məntəqələrinin müəyyənləşdirilməsi işləri davam edir.

Bakı. Samir Əli - Yeni taksi dayanacaq məntəqələrinin müəyyənləşdirilməsi işləri davam edir. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin Trend-ə verdiyi məlumata görə, bu çərçivədə aparılan təhlillərin nəticəsinə əsasən, həmçinin, daxil olan vətəndaş müraciətləri nəzərə alınaraq, daha 55 ünvanda taksi dayanacaq məntəqəsi təşkil edilib.