Aİ nümayəndəsi: Azərbaycan gender bərabərliyinə bütün səviyyələrdə sadiqlik nümayiş etdirir


Digərləri 27 Fev 2018 13:26:13 232 0

Aİ nümayəndəsi: Azərbaycan gender bərabərliyinə bütün səviyyələrdə sadiqlik nümayiş etdirir

"Azərbaycan bütün sahələrdə və yüksək səviyyədə gender bərabərliyinə sadiqlik nümayiş etdirən ölkələrdən biridir".

Bakı. Əli Mustafayev – Azərbaycan bütün sahələrdə və yüksək səviyyədə gender bərabərliyinə sadiqlik nümayiş etdirən ölkələrdən biridir. Trend-in məlumatına görə, bunu Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin Azərbaycanda KİV-də gender bərabərliyi məsələləri ilə bağlı iclasında çıxışı zamanı qurumun Bakı ofisinin rəhbəri Zoltan Hirneyz deyib. O vurğulayıb ki, Azərbaycanda təkcə Şərqdə yox, həm də Avropada və dünyada qadınlara səs hüququ verən ilk dövlətlərdən olub: “Azərbaycan bu gün də gender bərabərliyinə sadiqliyini göstərir və bu istiqamətdə müxtəlif təşkilat və qurumların səylərini dəstəkləyir”. Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Vüqar Səlimov qeyd edib ki, Administrasiya Avropa Şurasının gender bərabərliyi üzrə layihələrini fəal şəkildə dəstəkləyir: “Hüquq bərabərliyi bizim üçün inkişafın əsas istiqamətlərindəndir”. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd edib ki, Azərbaycan gender bərabərliyinin təmin olunması baxımından balansın təmin olunmasına çalışır: “Gender bərabərliyi işgüzar strukturlaırn bütün səviyyələrində təmin olunmalıdır və Azərbaycan qadınlara həm KİV, həm də digər sahələrdə bütün hüquq və azadlıqları verməklə bu məsələyə lazımi diqqət ayırır”. Aİ-nin media və əməkdaşlıq məsələləri üzrə nümayəndəsi Leyla Dervisaçiç vurğulayıb ki, Azərbaycan gender bərabərliyinin və KİV-də azadlığın təmin olunması yolunda bütün zəruri addımları atır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin