Azərbaycan alimləri yeni qurğu ixtira etdilər


Digərləri 27 Fev 2018 12:58:00 225 0

Azərbaycan alimləri yeni qurğu ixtira etdilər

Azərbaycan Texniki Universitetinin (AzTU) alimləri neftçıxarma sənayesində istifadə üçün yeni qurğu hazırlayıblar.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Texniki Universitetinin (AzTU) alimləri neftçıxarma sənayesində istifadə üçün yeni qurğu hazırlayıblar. Trend-in məlumatına görə, bununla bağlı keçirilən tədbirdə çıxış edən İnstitutun elmi-tədqiqat işlərinin planlaşdırılması və ETI şöbəsinin müdiri İslam İslamov bildirib ki, AzTU-nun Maşınların konstruksiya edilməsi kafedrasının alimləri 23-dən çox müxtəlif ixtira reallaşdırıblar: "Dünyada ilk mancanaq qurğusu Azərbaycanda yaradılıb. İndi Universitetimizin alimləri yeni reduktor və icralı balansirsiz mancanaq dəzgahlarının bir neçə yeni orijinal konstruktiv həllini yaradıblar". AzTU-nun Maşınların konstruksiya edilməsi kafedrasının müdiri Əli Nəcəfov deyib ki, neftçıxarma sənayesində istifadə olunan mexaniki intiqalı kimi müxtəlif ölçülü mancanaq dəzgahları bu günədək dəyişməyib və ştanqlı nasosların keyfiyyətli işləməsini tam təmin etmir. Yeni yaradılan mancanaq dəzgahının istifadəsi zamanı 25 faizədək enerjiyə qənaət olunacaq, ştanqların effektivliyi azalacaq, faydalı iş əmsalı 6 faizədək artacaq: