Bakıda "Moldova Ədəbiyyatı Günləri" keçiriləcək


Digərləri 27 Fev 2018 11:45:33 165 0

Bakıda "Moldova Ədəbiyyatı Günləri" keçiriləcək

Bakıda "Moldova Ədəbiyyatı Günləri" keçiriləcək.

Bakı. Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Moldova Azərbaycanlıları Konqresinin iştirakı ilə 1-3 mart tarixlərində Bakıda “Moldova Ədəbiyyatı Günləri” keçiriləcək. Nazirlikdən Trend-ə verilən məlumata görə, mərkəzin dəvəti ilə Arkadie Suçevianu, Vüqar Novruzov, İqor Volnitski, Leo Butnaru, Nikolae Spetaru kimi Moldovanın görkəmli mədəniyyət və ədəbiyyat xadimlərindən ibarət nümayəndə heyəti ilə görüşlər keçiriləcək.