Hind kinosunun əfsanəsinin ölüm sirri açıldı VİDEO FOTO


Digərləri 27 Fev 2018 11:15:00 562 0

Hind kinosunun əfsanəsinin ölüm sirri açıldı  VİDEO  FOTO

Hindistan kinematoqrafının ən məşhur aktrisası, Bollivudun əfsanəsi Şridevinin ölüm səbəbi açıqlanıb.

Son.az Gulf News-a istinadən bildirir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki "Jumeirah Emirates Towers" otelinin nömrəsində keçinmiş 54 yaşlı aktrisanın qanında alkoqol aşkarlanıb.

O, vannada çimərkən boğulub.

Dubay şəhər polisindən verilən məlumata görə, məhkəmə-tibb ekspertləri ölümü araşdırırlar.

Şridevi karyerası ərzində 256 filmə çəkilib. O, hindi, tamil, teluqu və malayalam dillərindəki lentlərdə baş rollarda oynayıb.

Dubaya əri, prodüser Boni Kapur, habelə qızları Canvi və Huşi ilə birlikdə bacısı oğlu Mozita Marvaşın toyuna yollanmış Şridevinin toydakı rəqs videosu da yayılıb.