"Azərbaycanda seçkilər zamanı verilən ərizə və şikayətlərin sayı xeyli şəkildə azalıb"


Digərləri 27 Fev 2018 10:56:00 297 0

"Azərbaycanda seçkilər zamanı verilən ərizə və şikayətlərin sayı xeyli şəkildə azalıb"

"Azərbaycanda seçkilərin idarəçiliyinin peşəkarlıq səviyyəsi yüksək olaraq qalıb və bu da ona gətirib çıxarıb ki, seçkilər zamanı verilən ərizə və şikayətlərin sayı xeyli şəkildə azalıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə çərçivəsində növbəti layihəyə - seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan üç günlük seminarın başlanması ilə bağlə tədbirdə deyib.

Ç.Əsgərov vurğulayıb ki, Avropa ölkələri ilə müqayisə etdikdə görmək olar ki, Azərbaycanda seçkilərlə bağlı müraciətlər texniki xarakter daşıyır, qanunvericilik səviyyəsində ciddi pozuntular aşkar olunmur. Ç.Əsgərovun sözlərinə görə, Azərbaycanda seçki komissiyaları nəzdində ekspert qrupları daha səmərəli şəkildə işləyə bilirlər.

Səlahiyyətli nümayəndə vurğulayıb ki, Azərbaycan seçkilərin keçirilməsi ilə bağlı beynəlxalq konvensiyalara əsasən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir.