Sukeçirməyən smartfon buraxıldı


Digərləri 27 Fev 2018 08:15:00 226 0

Sukeçirməyən smartfon buraxıldı

Böyük Britaniyanın "Jaguar Land Rover" avtomobil alyansı rəsmi olaraq özünün ilk mobil yeniliyini təqdim edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu, su keçirməyən "Explore" smartfonudur.

Yeniliyin maraqlı xüsusiyyətlərindən biri onun displeyidir. Belə ki, displeyin sensoru asanlıqla əlcəkli və ya yaş olan əllərə reaksiya verir. Bu isə istər "iPhone", istərsə də "Samsung" üçün qətiyyən səciyyəvi deyil. Cihazın yüngül akkumulyatoru onun enerji doldurmadan iki gün fasiləsiz işləməsinə imkan verir.