Maye sabun istifadə edənlərə XƏBƏRDARLIQ: "Dərini qurudur..."


Digərləri 26 Fev 2018 22:53:00 241 0

Maye sabun istifadə edənlərə XƏBƏRDARLIQ: "Dərini qurudur..."

Artıq məişətdə qatı sabunların əvəzinə maye sabunlardan istifadə edirik. Onların gözəl qoxusu, cəlbedici qablara yerləşdirilməsi, diqqətçəkən parlaq rənglərdə olması alıcılarda onları alma meylini bir az daha gücləndirir.

"Bərk sabundan istifadə edirsiniz, yoxsa maye sabundan?" sualı verdiyimiz respondentlərin də əksəriyyəti maye sabundan daha çox istifadə etdiklərini deyiblər. Onlar bu seçimi maye sabunların qablarda olması və buna görə daha gigiyenik olması ilə izah ediblər.

Bəs görəsən maye sabunlardan doğrudanmı bu qədər geniş şəkildə istifadə etmək lazımdır? Onların tərkibi nədən hazırlanır? Dəriyə hər hansı bir zərəri varmı?