Hər kəs yolunu "Ana harayı" abidəsindən saldı VİDEO


Digərləri 26 Fev 2018 21:25:00 270 0

Hər kəs yolunu "Ana harayı" abidəsindən saldı  VİDEO

Hər il olduğu kimi Xocalı, o cümlədən paytaxt sakinləri, dövlət və hökümət nümayəndələri faciə qurbanlarının xatirəsini yad ediblər. Son.az bildirir ki, dünəndən başlayaraq bu gün axşam saatlarına qədər insanlar Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Ana Harayı abidəsini ziyarət ediblər.

Xocalı şahidləri deyir ki, 26 il əvvəl yaşadıqları dəhşətli anlar onların yaddaşlarından silinə bilməz. Xocalılar həmin hadisəni ürək ağrısı və göz yaşları ilə xatırlayır.

Qeyd edək ki, Xocalı faciəsi 20-ci əsrdə insanlığa qarşı törədilən ən dəhşətli soyqrımlardan biridir. Artıq, bu dəhşətli hadisənin soyqırım olmasını bir sıra ölkələr dəstəkləyiblər. /xezerxeber.az