Yeni alma növü "Qırmızı ay" FOTO


Digərləri 26 Fev 2018 21:10:00 251 0

Yeni alma növü  "Qırmızı ay"  FOTO

"Fruit Logistica" 2018 sərgisində qeyri-adi meyvə növü nümayiş etdirilib.

Son.az xəbər verir ki, dünyanın bir çox ölkələrindən fərqli formatlarda iştirak edən dünya şirkətləri arasında "Red Moon" şirkəti içərisi qırmızı rəngdə olan qeyri-adi alma növünü təqdim edib. Şirkətin təqdimatı kifayət qədər diqqət çəkib.

Belə ki, şirkətin məqsədi həm yeni, həm də emal olunmuş qida məhsullarının müxtəlifliyini nümayiş etdirmək olub. Şirkət nümayəndələrinin dediyinə görə, hazırlanan qeyri-adi alma növünün əla dadı var. Məhsul yüksək keyfiyyət standartlarına cavab verir. Ondan digər meyvələr kimi şirə, kokteyl və s. hazırlamaq mümkündür. Sərgiyə təqdim edilən press-relizdə almanın tərkibi haqqında qısa məlumat qeyd olunub:

"İstehlakçılar bizim şirkət tərəfindən xüsusi olaraq hazırlanan qırmızı almaların xarici görünüşünə heyran olublar. Almaların həm xaricinin həm də daxilinin qırmızı rəngdə olması, həm də dadı onları qane edir. Bundan başqa, məhsulun tərkibi C vitamini və antosianinlə zəngindir.


Xəbərə aid fotolar