Bu rayonda bal emalı müəssisəsi yaradılacaq


Digərləri 26 Fev 2018 20:00:00 262 0

Bu rayonda bal emalı müəssisəsi yaradılacaq

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qax rayonunun prioritet inkişaf sahələri üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, işgüzar forumun yekununda SKMF startapların reallaşdırılması, bağçılıq, intensiv tütünçülük və arıçılıq təsərrüfatlarının, eləcə də balın sənaye emalı və qablaşdırılması, tütün emalı müəssisələrinin və qurudulmuş tütün anbarının saxlanması üçün anbarın yaradılması üzrə investisiya layihələrinin qəbuluna başlamaq məqsədə uyğun hesab edilib.

SKMF vəsaitlərinin istifadəsi qaydalarına uyğun olaraq sahibkarlar səlahiyyətli kredit təşkilatları vasitəsilə müraciət edə bilərlər.