İspaniya kralının səfəri Barselonada kütləvi etirazlara səbəb olub


Dünya 26 Fev 2018 16:18:11 276 0

İspaniya kralının səfəri Barselonada kütləvi etirazlara səbəb olub

Polislə toqquşmalar zamanı 19 nəfər yaralanıb

İspaniya kralı VI Filippin Dünya Mobil Konqresi münasibətilə Barselonaya səfəri şəhərdə etiraz aksiyalarına səbəb olub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, polislə toqquşmalarda 19 nəfər yaralanıb.

Bütün yaralıların yüngül xəsarət aldığı bildirilir. Onların əksəriyyətinin monarxın dünən axşam getdiyi Kataloniya Musiqi Sarayına gedən yolda polis kordonunu yarmağa çalışarkən xəsarət aldığı vurğulanır.

Ümumilikdə, aksiyalar dinc xarakter daşıyıb.

Nümayişlər Kataloniyanın müstəqilliyini dəstəkləyən "Respublikanın qorunması komitələri" tərəfindən təşkil edilib.

Qeyd edək ki, bu, 2017-ci ilin oktyabrında Katalonyada baş tutan "müstəqillik referendumu"ndan sonra İspaniya kralının muxtariyyətə ilk səfəri olub.