TürkPA Azərbaycanda prezident seçkilərini müşahidə edəcək


Digərləri 26 Fev 2018 15:58:00 205 0

TürkPA Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) beynəlxalq müşahidəçilər missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün ölkəyə səfər edəcək.

Bakı. Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) beynəlxalq müşahidəçilər missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün ölkəyə səfər edəcək. Bu barədə Trend-in sorğusuna cavab olaraq TürkPA-dan bildiriblər. Təşkilatdan qeyd ediblər ki, Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün dörd üzv ölkədən müşahidəçilər gələcək. Qeyd edək ki, bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin