Ermənistan baş nazirinin mühafizəçilərinin olduğu avtomobil qəzaya düşdü


Dünya 26 Fev 2018 14:25:00 225 0

Ermənistan baş nazirinin mühafizəçilərinin olduğu avtomobil qəzaya düşdü

Ermənistan baş naziri Karen Karapetyanın mühafizə xidmətinin istifadə etdiyi avtomobil qəzaya uğrayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında İrəvanda baş verib.

"Hyundai" markalı avtomobil "Mercedes" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.