“Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri” mövzusunda seminar keçirilib (FOTO)


Digərləri 26 Fev 2018 14:07:00 428 0

“Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri” mövzusunda seminar keçirilib (FOTO)

"İşəgötürən iş yerinin əməyin mühafizəsi normaları və qaydalarının tələblərinə uyğun olmasına, işçi üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına cavabdehlik daşıyır və işçinin həyatı, sağlamlığı müəssisənin iqtisadi mənafeyindən yüksək tutulmalıdır".

Bakı. "İşəgötürən iş yerinin əməyin mühafizəsi normaları və qaydalarının tələblərinə uyğun olmasına, işçi üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına cavabdehlik daşıyır və işçinin həyatı, sağlamlığı müəssisənin iqtisadi mənafeyindən yüksək tutulmalıdır". Trend-in məlumatına görə, bu fikir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Sumqayıt şəhərində “Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri” mövzusunda təşkil etdiyi seminarda vurğulanıb. Tədbirdə Sumqayıt şəhərində fəaliyyət göstərərən ayrı-ayrı işəgötürənlərin nümayəndələri, əməyin mühafizəsi üzrə mütəxəssislər, işçilər iştirak edib. Qeyd olunub ki, əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri də həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaqdır. Bir sıra hallarda əməyin mühafizəsi ilə bağlı qanunvericilikdən irəli gələn tələblərə əməl olunmasına, əməyin mühafizəsi üzrə xidmətin yaradılmasına biganə münasibət işçilərin həyat və sağlamlığının itirilməsi ilə nəticələnən istehsalat qəzalarının baş verməsinə səbəb olur. Ona görə də hər bir işəgötürən Əmək Məcəlləsində əksini tapan əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərinə əməl etməyi gündəlik fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul etməlidir. İşçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin mövcud olması yalnız işçinin həyat və sağlamlığının qorunması baxımından deyil, əməyin səmərəliliyinin artırılması, keyfiyyətli məhsul istehsalı üçün də xüsusi önəm kəsb edir.