Sidney sakinləri Xocalı soyqırımı ilə bağlı məlumatlandırılıb (FOTO)


Digərləri 26 Fev 2018 11:41:00 311 0

Sidney sakinləri Xocalı soyqırımı ilə bağlı məlumatlandırılıb (FOTO)

Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Avstraliyanın paytaxtı Sidney şəhərinin mərkəzində məlumatlandırma aksiyası keçirilib. Avstraliya Azərbaycan Assosiasiyası Birliyinin sədri Mikayıl Oytanın təşkilatçılığı ilə baş tutan aksiya çərçivəsində şəhərin mərkəzində Xocalı soyqırımını, erməni vəhşiliklərini əks etdirən stendlər qurulub.

Bakı. Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Avstraliyanın paytaxtı Sidney şəhərinin mərkəzində məlumatlandırma aksiyası keçirilib. Avstraliya Azərbaycan Assosiasiyası Birliyinin sədri Mikayıl Oytanın təşkilatçılığı ilə baş tutan aksiya çərçivəsində şəhərin mərkəzində Xocalı soyqırımını, erməni vəhşiliklərini əks etdirən stendlər qurulub. Diasporlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, stendlərdə erməni hərbi birləşmələrinin 1992-ci ilin fevralında bir gecədə Xocalı şəhər sakinlərinə qarşı həyata keçirdiyi amansız qətliam və vəhşiliklər barədə məlumatlar əksini tapıb.