Romada anomal sayılan güclü qar yağıb


Dünya 26 Fev 2018 11:30:22 300 0

Romada anomal sayılan güclü qar yağıb

Raytaxtda bütün məktəblər bağlanıb

Romada ilin bu fəslinə görə anomal sayılan güclü qar yağıb.

Bu barədə "Report" "Le Repubblica"ya istinadən xəbər verir.

Bu gün İtaliya paytaxtında bütün məktəblər bağlanıb.

"Fevralın 26-də Roma ərazisində bütün məktəblər və məktəbəqədər müəssisələrin bağlanmasını nəzərdə tutan qərar imzalanıb", - şəhər merinin bəyanatında deyilir.

Qeyd edək ki, soyuq hava kütləsi Sibirdən İtaliyanın şımalından cənubuna doğru hərəkət edir.

Romada havanın temperaturu 5 dərəcə şaxtayadək enib.