İki avtomobil toqquşub, xəsarət alan var


Digərləri 25 Fev 2018 23:48:00 203 0

İki avtomobil toqquşub, xəsarət alan var

Tovuzda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb. Hərəkətdə olan iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində sürücülərdən biri, Abulbəyli kənd sakini 1981-ci il təvəllüdlü Yusibov Cavanşir xəsarət alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona tibbi yarıdm göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.