Pilotların rəğbətini qazanan DÖYÜŞ TƏYYARƏLƏRİ Saniyədə 70 mərmi...


Digərləri 25 Fev 2018 23:52:00 303 0

Pilotların rəğbətini qazanan DÖYÜŞ TƏYYARƏLƏRİ  Saniyədə 70 mərmi...

II Dünya Müharibəsində quru qüvvələrinə dəstək vermək məqsədilə geniş şəkildə istifadə edilən hücum təyyarələrinin yerini müəyyən müddət keçdikdən sonra modern qırıcı təyyarələrə buraxacağı düşünülürdü. Ancaq son zamanlarda meydana gələn qarşıdurmalar bu təyyarələrin yeni nəsil "qardaşlarından" daha effektiv olduğunu ortaya qoydu.

Son.az ən güclü ordularda istifadə edilən təyyarələri təqdim edir.

ABŞ Hava Qüvvələrinin xidmətinə 1977-ci ildə verilən "A-10" hücum helikopteri. Bu təyyarə əvvəllər pilotlara güvən hissi verməyib. Eyni dövrdə ordunun xidmətinə "F-15" və "F-16" tipli təyyarələr verilib. Bu təyyarələrin sürəti daha yavaş və xarici görünüşü çirkin olduğu üçün, onlara "düyməli donuz" ləqəbi verilib.

Pentaqon belə bir helikopterin orduya lazım oldub-olmadığı mövzusunda müzakirələr apararkən, "A-10" hücum helikopteri İraqda aparılan "Səhra fırtınası" əməliyyatında 7 ayda İraqın 3000-ə yaxın zirehli avtomobilini məhv edib və bütün müzakirələrə son qoyub. Bu helikopterlərin ən böyük özəlliyi üzərində "GAU-8/A Avenger" çoxlüləli tank əlehinə topları daşımasıdır. 30 mm-lik 7 lüləli silah saniyədə 70 mərmi buraxa bilir.


Xəbərə aid fotolar