Dağıstanda polis polkovniki saxlanıldı


Dünya 25 Fev 2018 14:11:00 205 0

Dağıstanda polis polkovniki saxlanıldı

Dağıstan polisi və respublika Federal Təhlükəsizlik Xidməti Daxili İşlər Nazirliyinin Dağıstan üzrə Cinayət axtarışı şöbəsinin rəisi polkovnik Xaybul İbnuxacarovu saxlayıblar.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə xəbəri RBK yayıb.

"İbnuxacarovun maliyyə haqq-hesabını saxtalaşdırmasından şübhələnirlər, cinayət işinin qaldırılması ilə bağlı məsələyə baxılır", - deyə RBK-ya danışan mənbə bildirib.

Nəşrin məlumatına görə, sənədlərlə bağlı saxtalaşdırmalarda İbnuxacarovdan başqa Dağıstanda daha bir yüksək vəzifəli məmurdan şübhələnirlər. Nəşr onu da əlavə edir b ki, yoxlamalar respublikanın bütün güc strukturlarında aparılacaq.