Məktəblərə hücum təhdidləri edən iki yeniyetmə saxlanıldı


Dünya 25 Fev 2018 09:20:00 256 0

Məktəblərə hücum təhdidləri edən iki yeniyetmə saxlanıldı

ABŞ-ın Florida ştatının hüquq-mühafizə orqanları yerli məktəblərin ünvanına təhdidlərlə çıxış edən iki yeniyetməni saxlayıblar.

Son.az Trend-ə istinadən bildirir ki, Boyton-Biç şəhərinin polis əməkdaşları, vedio çat zamanı iki dostuna məktəbə hücum edəcəyini bildirən 14 yaşlı məktəblini saxlayıblar. Adı çəkilməyən məktəbli video çat zamanı iki silah nümayiş etdirib və bu silahlarla hücum edəcəyini bildirib. Polislər bu haqqda məlumat aldıqdan dərhal sonra yeniyetməni saxlayıblar. Onun evində tapança və tüfəng aşkarlanıb və götürülüb. Sonra məlum olub ki, silahlar pnevmatikdir.